Noy 25, 2015 16:47 Asia/Baku
  • İnqilab Rəhbərinin bəsic komandanları ilə görüşdə bəyanatı
    İnqilab Rəhbərinin bəsic komandanları ilə görüşdə bəyanatı

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, İran Fələstin xalqının hərəkətini var gücü ilə müdafiə edəcək.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bəsic komandanları ilə görüşdə dünyanın zalım qüvvələrinin İran xalqı ilə düşmənçilik üsullarını bəyan edərək, əlavə ediblər: İran xalqı imperializm cəbhəsinin "mahiyyətsevər və istiqlaltələb cəbhə" ilə əsl müharibəsində məzlumların, xüsusən Fələstinin və qərb sahili intfazəsinin müdafiəsi üzrə vəzifələrinə əməl edəcək.
Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar ki, İran imperializm cəbhəsinin dəyərlər və istiqlaltələb cəbhə ilə qarşıdurmasına laqeyd qala bilməz. O həzrət deyiblər: İranın regionun müxtəlif məsələlərində, xüsusən Fələstin mövzusu, həmçinin Bəhreyn, Yəmən, Suriya və İraq məsələlərindəki mövqeləri tamamlilə aydın və məntiqlidir.
O həzrət imperialist mediaların Fələstin mövzusu barədəki fəaiyyətlərinə toxunaraq, belə qeyd ediblər: Onlar öz ölkələrinin işğalına və evlərinin məhv edilməsinə etiraz olaraq, daş atan bir xalqı terrorçu adlandırır, amma fələstinlilərin həyatı və abırlarını məhv edən kəsləri himayə edirlər.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin Bəhreyn məsələsinə toxunaraq, bu ökə xalqının yeganə istəyini səs haqqı adlandırıb və belə əlavə ediblər: Bu xalqa zalım bir azlıq hökumətlik və Bəhreyn xalqının müqəddəsləri və məhərrəm əzadarlığına hörmətsizlik edir.
İslam İnqilabının Böyük Rəhbəri Yəmən xalqına qarşı intensiv hücumlar haqda da deyiblər: Belə bir şəraitdə insan haqları və demokratiya iddiasında olan orqanlar Yəmən xalqını hücumlar dalğasına məruz qoyan kəsləri himayə edirlər.
Həzrət Ayətullahuluzma Xamenei Suriyanın gələcəyi haqda qərar çıxarmanı da bu ölkə xalqının haqqı adlandırıb və bildirblər ki, hər bir xalq öz taleyini təyin etməlidir.
O həzrət habelə bəsicin təşkili üzrə fərmanın ildönümü gününü təbrik edərək, vurğulayıblar: Bəsic xalqın içindən meydana gələrək, bütün xalqın nümayəndəsidir və yorulmaz əhval-ruhiyyə ilə lazım gələn hər bir meydanda iştirak edir, öz istedadını göstərir və bu yolun xətərlərindən də qorxmur.

Teqlər