Yunanıstan xarici işlər nazirinin Ruhani ilə görüşü
Noy 29, 2015 17:15 Asia/Baku
İran prezidenti deyib ki, nüvə anlaşmasının tam şəkildə icrası İran və Avropa İttifaqının iqtisadi həmkarlıqlarının sürətini qənaətbəxş nöqtəyə çatdıra bilər.
İran prezidenti Həsən Ruhani Tehranda Yunanıstanın xarici işlər naziri Nikolas Kotzias ilə görüşdə İrana qarşı zalımcasına sanksiyaların həmkarlıqlara göstərdiyi mənfi təsirləri vurğulayaraq, bildirib ki, nüvə anlaşmasının icrasından və İrana qarşı sanksiyaların götürülməsindən sonra iki ölkə əlaqələri daha da inkişaf etməlidir.Yunanıstanın xarici işlər naziri Nikolas Kotzias da ölkəsinin hökuməti tərəfindən İranla həmkarlıq üçün maraqlandıran zəmin və məsələlər barədə ətraflı proqrama malik olduğunu bildirərək, deyib ki, bu proqramları İranda olacağı müddətdə təqdim edəcəkdir.
Yunanıstanın xarici işlər naziri Yunanıstan baş nazirinin İrana səfəri üçün aparılan proqramlaşdırımalara toxunaraq, iki ölkə arasında birbaşa uçuşların bərqərarı üçün zəminin yaradılmasını istəyib.