Macarıstan baş naziri İran prezidenti ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i200287-macarıstan_baş_naziri_İran_prezidenti_ilə_görüşüb
İran İslam Respublikası prezidenti deyib: Böyük qüdrətlərin digər ölkələrin məsələlərinə müdaxiləsi terrorizmin yaranmasının əsas səbəblərindən biridir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2015 12:10 Asia/Baku
  • Macarıstan baş naziri İran prezidenti ilə görüşüb
    Macarıstan baş naziri İran prezidenti ilə görüşüb

İran İslam Respublikası prezidenti deyib: Böyük qüdrətlərin digər ölkələrin məsələlərinə müdaxiləsi terrorizmin yaranmasının əsas səbəblərindən biridir.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhani Macarıstan baş naziri Viktor Urbanla Tehranda görüşdə əlavə edib: Xalqların hüququna hörmətlə yanaşmaq və onların hüquq bərabərliyi beynəlxalq əlaqələrdə əsaslı məsələlərdən biridir və problemlərin həlli üçün ölkələrin əməkdaşlığı, iştirakı və yekdilliyindən başqa yol yoxdur.
İranın terrorizm və radikallıqla mübarizədəki funksiyasına toxunan Ruhani bildirib: Bu gün terrorizm dünyada radikallıq və zorakılığın ən üstün örnəyidir və hamı üçün beynəlxalq problemdir. İran və Macarıstan bu məqsəd çərçivəsində bir-biri ilə yaxşı əməkdaşlıq edə bilər.
İran prezidenti həmçinin İran və Macarıstanın yaxşı əlaqələri və iki xalqın dostluq tarixinə toxunub Tehran-Budapeşt arasında hərtərəfli şəkildə münasibətlərin genişləndirilməsi üçün müxtəlif sahələrdəki mövcud potensiallardan istifadənin olunmasının vacibliyini vurğulayıb.
Macarıstan baş naziri Viktor Urban da bu görüşdə deyib: Hazırda İran və Macarıstan arasında yaxşı elmi və araşdırma əməkdaşlıqları arxası vardır və Budapeşt elm, universitet fəaliyyətləri və tələbə mübadiləsi sahəsində iki ölkə əlaqələrinin genişləndirilməsində maraqlıdır.
Macarıstan baş naziri həmçinin regional və beynəlxalq məsələlər barədə əlavə edib: Təəssüflər olsun ki, qərbdə hələ də regional problemlərin həlli üçün müştərək proses yaradılmayıb. İran kimi regionun təsirli ölkələri ilə həmrəylik və əməkdaşlıqla bu məqsədə yaxınlaşmaq lazımdır.