Zəngənə: İranın neft istehsalını artırmaq üçün icazəyə ehtiyacı yoxdur
Dek 02, 2015 17:06 Asia/Baku
-
Zəngənə: İranın neft istehsalını artırmaq üçün icazəyə ehtiyacı yoxdur
İran İslam Respublikasının neft naziri deyib: İslam Respublikasının öz neft istehsalını artırmaq üçün icazə almağa ehtiyacı yoxdur.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Bijən Zəngənə Neft İxrac Edən Ölkələr Təşkilatı OPEK-in 168-ci iclasının keçirilməsi ərəfəsində İran tərəfindən bu təşkilat üzvlərinə başqa bir məktub ünvanlayaraq bildirib: İranın öz neft istehsalını artırmaq üçün heç bir ölkədən icazə almağa ehtiyacı yoxdur.Zəngənə İranın bu məktubu OPEK üzvlərinin təsdiqlənməsi üçün yazmadığını bildirərək əlavə edib: Bu məktublar məlumatlandırmaq və OPEK üzvlərinin istehsal barajına sadiq qalmaq üçün yazılmış və həmçinin bu təşkilatın istehsal proqramlarında İran neftini diqqətə almaq üçün ünvanlanmışdır.
Zəngənə İran neftinin bazardan çıxarılmasını zalımcasına rəftar və qeyri-qanuni adlandırıb və əlavə edib: İran OPEK üzvləri tərəfindən İran neftinin istehsalının artırılması üçün təsdiq məktubunu gözləmir.
OPEK-in 168-ci iclası Nigeriya neft naziri Emanuel İbe Kaçikonun başçılığı ilə bu həftə cümə günü Vyanada keçiriləcək.