Dek 04, 2015 17:19 Asia/Baku
  • Zəngənə: Neft istehsalının artırılması İranın haqqıdır
    Zəngənə: Neft istehsalının artırılması İranın haqqıdır

İranın neft naziri sanksiyaların ləğvindən sonra neft istehsalının artırılmasını İranın haqqı adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Bijən Namdar Zəngənə Neft İxrac Edən Ölkələr Təşkilatı OPEK-in 168-ci iclası başlamazdan öncə jurnalistlərə deyib: Əgər bu təşkilatın bütün üzvləri bazarda stabillik və tarazlığa malik olmaq istəyirlərsə, İrana diqqət yetirməlidirlər. Çünki neft istehsalının artırılması İranın təbii haqqıdır.
İranın hər halda neft bazarına qayıdacağını bəyan edən Zəngənənin sözlərinə görə, diqqət yetirmək lazımdır ki, bəzi ölkələrin istehsal artımı olub və İranın yenidən beynəlxalq bazara qayıdacağını nəzərə alaraq İslam Respublikası həmin ölkələrin öz neft istehsalını azaltmasını gözləyir.
İranın neft naziri İran qazının Türkiyəyə ixracı prosesi barəsində də deyib: İranın qış fəslində Türkiyəyə bir sıra öhdəlikləri vardır ki, onları yerinə yetirəcək və öhdəliklərini yerinə yetirməzdən öncə qaz ixrac edə bilməz.
OPEK-in 168-ci iclası bu gün Avstriya paytaxtı Vyanada başlayıb.
OPEK üzvləri bu iclasda bazarın vəziyyətini araşdırmaqla 2016-cı ildə bazar idarəçiliyi üzrə lazımi qərarları verəcəkdir.

Teqlər