Zərif İran-Bosniya əlaqələrinin inkişafını vurğulayıb
Dek 06, 2015 19:05 Asia/Baku
-
Zərif İran-Bosniya əlaqələrinin inkişafını vurğulayıb
İranın xarici işlər naziri İran-Bosniya əlaqələrinin genişlənməsini alqışlayıb.
IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bosniya və Herseqovinanın Tehrandakı yeni səfirinin etimadnaməsinin alınması mərasimində deyib ki, iki xalqın əlaqə və bağlılıqları dərin siyasi və mədəni köklərə söykənib.Zərif İrana qarşı sanksiyaların ləğvindən sonrakı yeni olaylara işarə edərək, ümidvarlıq edib ki, iki ölkənin ikitərəfli, regional və beynəlxalq əlaqələri siyasi, iqtisadi, mədəni və parlament sahələrində daha da inkişaf edəcəkdir.
Bosniya və Herseqovinanın Tehrandakı yeni səfiri Kamal Muftiç də İranın geniş irəliləyişləri və nüvə anlaşmasından irəli gələn yeni dəyişikliklərlə Bosniya rəsmilərinin yaxın gələcəkdə İrana səfərləri və qarşılıqlı iqtisadi heyətlər mübadiləsi istiqamətində yeni addımların atılacağına nikbin olduğunu bildirib.