İraqçı: Ehtimal olunan nüvə cəhətləri işi bağlanır
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini deyib: Mövcud anlaşmaya əsasən İranı ehtimal olunan nüvə hərbi cəhətləri işi bağlanır.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini və Əhatəli Müştərək Təşəbbüs Proqramınnın icrasının izlənilməsi qərargahının rəhbəri Seyid Abbas İraqçı İran və 5+1 qrupunun müştərək komissyasının Vyanada keçirilən iclasından sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasına qətnamənin təqdim olunması və ehtimal olunan nüvə hərbi cəhətləri işinin bağlanması üzrə İran və 5+1 qrupu arasında yaxşı anlaşmanın əldə olunduğunu bildirib və deyib: Bu anlaşmaya əsasən bu məqsəd reallaşacaqdır.
İraqçı bu iclası müsbət qiymətləndirib və əlavə edib: 5+1 qrupu ölkələri qətnamənin ilkin mətnini hazırlayıblar. Və onun müxtəlif cəhətləri barəsində məsləhətləşmələr və danışıqlar aparıldı.
Nazir müavininin sözlərinə görə, 5+1 qrupu bu ilkin mətni Direktorlar Şurasına təqdim edəcək və 15 dekabrda Direktorlar Şurası bunun barəsində qərar çıxaracaq.