Dek 09, 2015 13:28 Asia/Baku
  • Zərif: İŞİD-in Taliban qruplaşmasının daxilindəki parçalanmadan sui-istifadə etməsi nigaranlıq doğurur
    Zərif: İŞİD-in Taliban qruplaşmasının daxilindəki parçalanmadan sui-istifadə etməsi nigaranlıq doğurur

İran İslam Respublikasının xarici işlər naziri yeni gərginlik və təhlükəsizlik amillərinin müxtəlif adlar altında, xüsusilə İŞİD adı altında meydana daxil olmasını, Taliban qruplaşmasının daxilində ixtilafların artmasını və İŞİD-in bu məsələdən sui-istifadə etməsini nigaranlıq doğuran ciddi məsələlər adlandırıb.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif çərşənbə günü "Asiyanın Ürəyi - İstanbul Prosesi"nə üzv ölkələrin xarici işlər nazirlərinin 5-ci iclasında deyib: Terrorçu qruplaşmaların Əfqanıstanı öz cövləngahına çevirməsinə icazə vermək olmaz.

İran xarici işlər naziri əlavə edib: Çox təəssüfləndirici haldır ki, bəzi ölkələr hələ də ifratçılıq və terrorizmə özlərinin qısamüddətli maraqlarının gerçəkləşdirilməsi üçün bir fürsət kimi yanaşır. Halbuki, onlar dəfələrlə sınaqdan keçmiş gerçəkliyi görməməzliyə vururlar.

Zərif daha sonra deyib: Bu gün terrorizm və narkotik Əfqanıstan, region və bütün dünya üçün ciddi və böyük təhdidlər sayılır. Amma, təəssüflər olsun ki, bu qruplaşmalar hələ də Əfqanıstandakı nüfuzlarını genişləndirməklə məşğuldurlar.

İranın Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin deyib: İran daim çətin günləri zamanı Əfqanıstan xalqı və dövlətinin kənarında olub və hazırkı təhlükəli dövrdə də bu gedişi davam etdirəcək.

Zərif vurğulayıb: İranın qənaətinə görə, təhlükəsizliyə habelə, çiçəklənən, aktiv və güclü iqtisadiyyata malik olan bir Əfqanıstan bütün region ölkələrinin xüsusi ilə də İranın maraqlarını tam təmin edir.

Teqlər