2,5 milyondan çox zəvvar Məşhədə daxil olub
https://azeri.sahartv.ir/news/İran-i200683-2_5_milyondan_çox_zəvvar_məşhədə_daxil_olub
Rəzəvi Xorasanı Valiliyinin zəvvarların məsələləri üzrə rəhbərliyi səfər ayının son günlərində 2 milyon 544 min zəvvarın bu vilayətə daxil olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2015 15:50 Asia/Baku
  • 2,5 milyondan çox zəvvar Məşhədə daxil olub
    2,5 milyondan çox zəvvar Məşhədə daxil olub

Rəzəvi Xorasanı Valiliyinin zəvvarların məsələləri üzrə rəhbərliyi səfər ayının son günlərində 2 milyon 544 min zəvvarın bu vilayətə daxil olduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Cavad Vəhdətifərd əlavə edib: İranın müxtəlif bölgələrindən 200 minə yaxın piyada zəvvar bu günlər ərzində Müqəddəs Məşhəd şəhərinə gəlib.

Proqnozlara əsasən İmam Rzanın (ə) şəhadətinin ildönümü gününə qədər 3 milyon 700 mindən çox zəvvar vbu şəhərə səfər edəcək.

12 dekabr dünya şiələrinin 8-ci imamı Həzrət İmam Rzanın (ə) şəhadətinin ildönümü günüdür.

Allahın peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) pak nəslinin 8-ci imamı İmam Əli İbn Musər-Rza (ə) 29 səfər 203-cü hicri qəməri ilində şəhid edildi.