Dek 13, 2015 13:56 Asia/Baku
  • İran sanksiyaların ləğvindən sonrakı dövrün astanasında
    İran sanksiyaların ləğvindən sonrakı dövrün astanasında

İran İslam Respublikasının xarici işlər naziri deyib: İran İslam Respublikası nüvə anlaşmasının qanuni mərhələlərini arxada qoymaqla anlaşmanın icra mərhələsinə giriş ərəfəsindədir və başqa sözlə sanksiyaların ləğvindən sonrakı dövrün astanasındadır.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif bazar günü 12-ci beynəlxalq neft-kimya sənayesi seminarında çıxışı zamanı deyib: sanksiyaların ləğvindən sonrakı dövrdə siyasi sabitlik ilə yanaşı İranın nisbi üstünlüklərini, geosiyasi mövqeyini, istedadlı işçi qüvvəsini və münasib infrastrukturlarını nəzərə alaraq, region və dünyada neftkimya sənayesinin inkişafı üçün misilsiz fürsət yaratmış olur.

Zərif əlavə edib: Sanksiyalardan sonrakı dövrdə texnologiyanın ötürülməsi, neft-kimya məhsullarının ixracatı sahəsində mövcud olan sanksiyalar da ləğv ediləcək ki, bu da xaric isərmayələrin cəzb edilməsi üçün maneələrin aradan qaldırılmasına, bank əməliyyatları, pul köçürmələri və məhsulların daşınması məsələsini asanlaşdırmış olacaq.

Teqlər