Müqavimət iqtisadiyyatı, sanksiyalardan sonra əsas siyasət
https://azeri.sahartv.ir/news/İran-i200763-müqavimət_iqtisadiyyatı_sanksiyalardan_sonra_əsas_siyasət
İran vitse-prezidenti müqavimət iqtisadiyyatını sanksiyalardan sonrakı dövr üçün "başlıca siyasət" adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2015 10:28 Asia/Baku
  • Müqavimət iqtisadiyyatı, sanksiyalardan sonra əsas siyasət
    Müqavimət iqtisadiyyatı, sanksiyalardan sonra əsas siyasət

İran vitse-prezidenti müqavimət iqtisadiyyatını sanksiyalardan sonrakı dövr üçün "başlıca siyasət" adlandırıb.

İRİB-nin məlumatına görə, İshaq Cahangiri 12-ci beynəlxalq neft-kimya seminarında İran İslam Respublikasının 6-cı inkişaf proqramının müqavimət iqtisadiyyatı əsasında hazırlanmasına işarə edərək, deyib: yeni şəraitdə İran bazarı xarici məhsullar üçün bir istehlak bazarı olmamalıdır. Və xarici tərəflərdən də istənilib ki, birgə sərmayə qoyuluşlarında iranlı şərikləri ilə əməkdaşlıq etsinlər.

İranın vitse-prezidenti yerli sənətkarlar və iş adamlarının h imayə olunmasının sanksiyalardan sonrakı dövrdə hökumətin iş gündəmində duracağını vurğulayıb və deyib: sanksiyalardan sonra yerli potensiallardan xüsusilə sənaye sahəsində ən yaxşı formada istifadə olunacaq.

12-ci beynəlxan neft-kimya seminarı İranda sərmayə qoyuluşu fürsətlərini tanıtmaq məqsədi ilə keçirilir. Bu seminarda dünyanın 25 ölkəsindən gəlmiş 97 şirkət iştirak edir.