Dek 15, 2015 14:03 Asia/Baku
  • Salehi sanksiyaların bir aydan az bir müddətdə ləğv ediləcəyini deyib
    Salehi sanksiyaların bir aydan az bir müddətdə ləğv ediləcəyini deyib

İranın Atom Enerjisi Təşkilatının sədri deyib ki, nüvə anlaşmasının icrası ilə bir aydan az bir müddətdə İrana qarşı sanksiyaların ləğvinə start veriləcək.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Tehranda ərəb dilində çıxan Əlvifaq qəzeti ilə müsahibədə MAQATE-nin Direktorlar Şurasının İranın nüvə proqramı haqdakı bugünkü iclasına toxunaraq, ümidvarlıq edib ki, bu şura İran və agentliyin keçmiş və indiki problemlərinin həllinə dair qətnamə layihəsini qəbul edəcək.

İranın Atom Enerjisi Təşkilatının sədri bu günü mühüm və tarixi bir gün adlandıraraq əlavə edib: Qətnamə layihəsinin qəbul olunması ilə agentlik saxta bir işi 12 ildən sonra öz gündəmindən çıxaracaq.

Salehi deyib: Agentliyin bundan sonra İranın nüvə proqramında ehtimal olunan cəhətlər işi- PMD barədəki rolu başa çatıb və indi qərar üzrə beynəlxalq bir orqan kimi İran ilə 5+1 qrupunun öhdəliklərinin icra prosesinə nəzarət etməlidir.

İranın Atom Enerjisi Təşkilatının sədri sonra deyib: İran ilə agentlik arasında yerdə qalan məsələlər işinin bağlanması ilə və İranın Ərak reaktoru barədəki öhdəliyinin icrasından sonra iki-üç həftə ərzində sanksiyalar yığışdırılacaq və İran beynəlxalq səhnədə adi ticari və iqtisadi münasibətlərin yeni dövrünə daxil olacaq.

Salehi deyib: İranın nüvə müzakirə komandası hazırda öz qərbli həmkarları ilə sanksiyaların aradan götürülməsi metodunu tənzim etməkdədir ki, nəticə etibarı ilə bu problem İslam İnqilabının Böyük Rəhbərinin tədbiri ilə öz yolunun sonuna çatacaq.

İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin bu gün Tehranda "Qanunvericilik Prosesində Tədqiqatın Rolu" adlı konfransda deyib: İran İslam Respublikasının nüvə müzakirələrindəki sayıqlığı bu olubdur ki, bəzi məhdudiyyətləri qəbul edib ki, İranın nüvə sənayesi prinsipinə və nüvə əhval-ruhiyyəsinə xələl gəlməsin.

Teqlər