İran prezidenti PMD işinin bağlı elan edilməsi barədə danışdı
https://azeri.sahartv.ir/news/İran-i200893-İran_prezidenti_pmd_işinin_bağlı_elan_edilməsi_barədə_danışdı
İran İslam Respublikası prezidenti İranın nüvə fəaliyyətlərinin ehtimal olunan hərbi cəhətləri ilə bağlı PMD işinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasında bağlı elan edilməsini İran xalqının beynəlxalq arendakı böyük uğuru adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2015 16:03 Asia/Baku
  • İran prezidenti PMD işinin bağlı elan edilməsi barədə danışdı
    İran prezidenti PMD işinin bağlı elan edilməsi barədə danışdı

İran İslam Respublikası prezidenti İranın nüvə fəaliyyətlərinin ehtimal olunan hərbi cəhətləri ilə bağlı PMD işinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasında bağlı elan edilməsini İran xalqının beynəlxalq arendakı böyük uğuru adlandırıb.

İran prezidenti Həsən Ruhani çərşənbə günü televiziya vasitəsilə İran xalqına etdiyi müraciətində Direktorlar Şurasının qətnaməsi və İranın PMD işinin bağlı elan edilməsi barədə deyib: Dünən MAQATE-nin Direktorlar Şurası qərar qəbul edən son qanuni instansiya olaraq İrana qarşı 12 il davam edən ittiham vurmaların ardınca, bütün bu müddət ərzində İranın nüvə fəaliyyətlərində heç bir yayınma halının olmadığını etiraf etdi.

İran prezidenti İslam İnqilabının Böyük Rəhbərinin fətvası əsasında İranın heç vaxt nüvə silahı ardınca olmadığını vurğulayıb və deyib: Halbuki, terrorçu qruplaşmalar, Qərb dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən İrana qarşı bir çox ittihamlar səsləndirilmiş və İranın guya məxfi şəkildə hərbi nüvə fəaliyyətlərinə malik olduğu iddia edilmişdi.

Ruhani daha sonra İranın Atom Enerjisi Təşkilatı və silahlı qüvvələrinə PMD işinin həlli üzrə səylərinə görə təşəkkür edib və deyib: İran dünya ilə konstruktuv anlaşma yolu ilə 5+1 qrupu ilə nüvə müzakirələrinə üz tutdu. Çünki, məsələni MAQATE yolu ilə həll etmək istəsəydi, bəlkə də anlaşma əldə olunmayacaqdı.

İran prezidenti əlavə edib: İran ilə 5+1 qrupu arasında nüvə müzakirələri və müzakirələrin ardınca İranın əldə etdiyi nüvə uğurları, İranın nüvə işinin ötən yayda barəsində qərar çıxarılması üçün Təhlükəsizlik Şurasına göndərilməsi və sonda MAQATE-nin Direktorlar Şurasının dünənki qərarı və PMD işinin bağlı elan edilməsi nüvə anlaşmasının icrasına zəmin yaratmış oldu.

İran prezidenti nüvə a nlaşmasının icra edilməsi üçün indiyə kimi böyük addımların atıldığını bildirib və ümidvarlıq edib ki, qarşıdan gələn iki həftə ə rzində bu sahədə yekun addımlar da atılmış olsun.

Həsən Ruhani sonda deyib: Dekabr ayında İrana qarşı sanksiyalar ləğv ediləcək və bununla da İran xalqının dünya ilə daha artıq anlaşmasına imkan yaranmış olacaq.

Ruhani daha sonra yerli və xarici şirkətləri sanksiyaların ləğvindən sonrakı dövrdə ölkə iqtisadiyyatinin çiçəklənməsində iştiraka dəvət edib və deyib: İran regionun ən təhlükəsiz ölkəsi olaraq iqtisadi fəaliyyətlər üçün zəngin potensiallara və istedadlı işçi qüvvəsinə malikdir və bunlardan iqtisadi inkişaf üçün faydalanmaq lazımdır.