Rəhbərlik Xobrəqan Məclisinin 5-ci dövrünə könüllülərin qeydiyyatı başlanıb
-
Rəhbərlik Xobrəqan Məclisinin 5-ci dövrünə könüllülərin qeydiyyatı başlanıb
İslami İranda Rəhbərlik Xobrəqan Məclisinin 5-ci dövr seçkiləri üçün könüllülərin qeydiyyatına başlanıb.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Rəhbərlik Xobrəqan Məclisinin 5-ci dövr seçkilərinə könüllülərin qeydiyyatı cümə axşamı günü daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli, Seçkilər Qərargahının sədri Məhəmməd Hüseyn Müqimi və Seçkilər Qərargahının katibi Əli Purəli Mütləqin iştirakı ilə başlanıb.
Bu məlumata görə, Rəhbərlik Xobrəqan Məclisinin 5-ci dövr seçkilərinə könüllülərin qeydiyyatı 23 dekabra qədər Daxili İşlər Nazirliyi və İranın vilayətlərinin meriyalarında davam edəcək.
İranın Rəhbərlik Xobrəqan Məclisinin 5-ci dövr seçkiləri 2016-cı il 26 fevralda İslam Şurası Məclisinin 10-cu dövr seçkiləri ilə eyni vaxtda keçiriləcək.