İran prezidentinin beynəlxalq Sərbedaran konfransına müraciəti
https://azeri.sahartv.ir/news/İran-i200927-İran_prezidentinin_beynəlxalq_sərbedaran_konfransına_müraciəti
İran prezidenti deyib ki, haqq və ədalət üçün canlarını vermiş azadələrin xatirələrinin yaşadılması ədalətli sülhün qorunmasına bir zamindir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 17, 2015 13:28 Asia/Baku
  • İran prezidentinin beynəlxalq Sərbedaran konfransına müraciəti
    İran prezidentinin beynəlxalq Sərbedaran konfransına müraciəti

İran prezidenti deyib ki, haqq və ədalət üçün canlarını vermiş azadələrin xatirələrinin yaşadılması ədalətli sülhün qorunmasına bir zamindir.

Həsən Ruhani İranın şimal-şərqində yerləşən Səbzevar şəhərində Sərbedaran hərəkatının yeddi yüzüncü ildönümünün qeyd olunması konfransına müraciətdə əlavə edib: Qədim İran istiqlaliyyət və onun möhkəmliyi yolunda öz canı, malı və ev-eşiyindən keçən bir xalqın fədakarlıqları ilə dolu bir tarixə malikdir.

İran prezidenti ölkənin islami mədəniyyət və irşad nazirinin qiraət etdiyi bu müraciətdə bildirib ki, İranın qədim tarixi boyu daim azadlıq və azadəlik carçısı olan şücaətli qadın və kişilər parlayıblar.

Səbzevar şəhərində keçirilən ikigünlük beynəlxalq Sərbedaran konfransında Avropa, Asiya və Afrika ölkələrindən olan yüz qonaq iştirak edib.

Sərbedaran hərəkatı tatar və monqolların 120 il İrana və Asiyanın bir çox məntəqələrinə hökmranlıqlarının ardınca səkkizinci hicri şəmsi əsrində cərəyan etmiş Xorasan şiələrinin xalq və azadlıq hərəkatıdır ki, İran tarixində yadda qalan oldu.