Dek 19, 2015 12:36 Asia/Baku
  • İranda insan haqlarının pozulması barədə qərbin iddiaları
    İranda insan haqlarının pozulması barədə qərbin iddiaları

İranda insan haqlarının nigaranedici vəziyyəti adlandırılan Kanadanın təklif etdiyi qətnamənin BMT Baş Assambleyasında təsdiqlənməsi qərbin siyasi məqsədlərə çatmaq üçün hələ də insan haqlarından bəhanə olaraq yararlanmağa can atdığını bir daha ortaya qoydu.

Kanadanın bir neçə digər ölkə ilə birlikdə BMT Baş Assambleyasına təqdim etdikləri bu qətnamədə beynəlxalq insan haqları qanunun əsasən İranın öhdəliklərə etinasızlığı adlandırılan məsələdən nigaranlıq edilib.

Kanada bir neçə digər ölkə, o cümlədən ABŞ və İngiltərə ilə birlikdə 2003-cü ildən indiyə qədər İranda insan haqlarının vəziyyəti barədə qətnamələr təsdiqləmək sahəsində rol oynamışdır. Bu siyasi hərəkətlərdə məqsəd İranda insan haqlarının vəziyyətinə beynəlxalq diqqəti cəlb etmək olmuşdur. cümə günü Kanada Xarici İşlər Nazirliyinin bu barədə verilən hesabatında bildirilib: Beynəlxalq ictimaiyyət bu qətnamə ilə İranda həqiqi və davamlı insan haqları islahatı təşviq edir və bu ölkədə insan haqlarının pozulması hallarının ciddi şəkildə araşdırılması üçün şəffaf və açıq-aydın addımın atılmasını istəyir.

Kanada Xarici İşlər Nazirliyi bildirib: Qətnamənin mətni insan haqlarının pozulması hallarını xüsusi hallarda azaltmaq üzrə İran tərəfindən atılan addımları etiraf edir. Bununla belə Kanada Xarici İşlər Nazirliyinin bəyanatı İranda insan haqlarının vəziyyətini hələ də acınacaqlı adlandırır və iddia edir ki, bəzi hallarda hətta daha da pisləmişdir.

ABŞ Dövlət Departamenti də Kanadanın hesabatına bənzər hesabatda iddia edib ki, İranda edam halları dünyanın istənilən digər ölkəsindən çoxdur. Bu hesabatın iddiasına görə, 2015-ci il 1 yanvar 15 sentyabr aralığında İranda ən azı 694 nəfər edam olunub. İranda dini və etnik azlıqların incidilməsi iddiası da bu qətnmadə işarə olunan digər hallardandır.

Qərb ölkələri dünyada insan haqlarının vəziyyəti barədə öz iddialı nigaranlığını əks etdirmək üçün adətən qərəzli hesabatlara istinad edir, insan haqları barədə ikili standartlara əsasən digər ölkələr barədə hakimlik edirlər. Buna görə, Kanada, ABŞ və İngiltərə kimi ölkələrin tövsiyəsi ilə hazırlanan İranda insan haqlarının vəziyyəti barədəki son və öncəki hesabatlar bu sahədə real dəyərləndirməni əks etdirmir və siyasi qərəzli məqsədlərlə hazırlanmışdır.

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şəhid də dəfələrlə saxta iddialara əsasən və qərəzli şəxslərin açıqlamalarından istifadə etməklə, eləcə də dini və mədəni parametrləri və islam ictimaiyyətinə hakim dəyərləri nəzərə almadan BMT-yə hesabatlar təqdim edib. İranda, digər ölkələrdə, hətta Amerikada ağır cinayətlərdən hesab olunan narkotik maddələr qaçaqçılarının edam olunması İran barədə "insan haqları"nın nigarançılıqlarındandır. Lakin bu iddiaçılardan soruşmaq lazımdır ki, belə hallar cinayət hesab olunmayan digər ölkələrdə və ictimaiyyəti de-stabil etmək istəyən şəxslərlə qanuni şəkildə davranmaq gərəkməzmi? Dəfələrlə ABŞ, İngiltərə və Kanadada təkrarlanan hüquqi etirazlar, qaradərililərin vəhşicəsinə repressiyası və acı hadisələrdə insan haqlarının nigaranlığına yer yoxdurmu? Kanada, İngiltərə, Fransa və ABŞ-ın irqçilik və islamofobiya barəsindəki rəftarları qərbin insan haqları meyarları ilə izlənilməməlidirmi?

Kanadanın təklif etdiyi qətnamə İranı insan haqlarını pozmaqda elə bir halda ittiham edir ki, Kanadada yerlilərin hüquqları illərdir pozulur.

Kanadanın təklif etdiyi qətnamənin təhlili belə qətnamələrin tənzimlənib-təsdiqlənməsində insan haqları məsələsindən daha geniş məqsədlərin olduğunu əks etdirir. İranın nüvə proqramının keçmiş və hazırkı məsələləri barədə irəli sürülən iddialar işinin bağlanmasına dair Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qətnaməsindən təkcə bir neçə gün sonra insan haqlarının vəziyyəti və İranın raket müdafiə qüdrətindən nigaranlıq kimi iddiaların irəli sürülməsi o qədər də gözlənilməz deyildir. Bütün bu hərəkətlər İranofobiya projesi ilə sonuclanır.

Teqlər