İslam Şurası Məclisi seçkilərinə könüllülərin qeydiyyatı başlanıb
https://azeri.sahartv.ir/news/İran-i200999-İslam_Şurası_məclisi_seçkilərinə_könüllülərin_qeydiyyatı_başlanıb
İran İslam Şurası Məclisinin 10-cu dövr seçkilərinə könüllülərin qeydiyyatı başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2015 09:50 Asia/Baku
  • İslam Şurası Məclisi seçkilərinə könüllülərin qeydiyyatı başlanıb
    İslam Şurası Məclisi seçkilərinə könüllülərin qeydiyyatı başlanıb

İran İslam Şurası Məclisinin 10-cu dövr seçkilərinə könüllülərin qeydiyyatı başlanıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam Şurası Məclisinin 10-cu dövr nümayəndəliyinə könüllülərin qeydiyyatı 25 dekabra qədər davam edəcək.

İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının katibi Əlipur Mütləqin sözlərinə görə, İslam Şurası Məclisinin 10-cu dövr seçkilərinin icraiyyə heyətləri 207 əsas və 856 yerli məntəqədə öz fəaliyyətlərinə bu gündən başlayıblar.

İran İslam Şurası Məclisinin 10-cu dövr seçkiləri 2016-cı il 26 fevralda Rəhbərlik Xobrəqan Məclisinin 5-ci dövr seçkiləri ilə eyni vaxtda keçiriləcək.

Rəhbərlik Xobrəqan Məclisinin 5-ci dövr seçkilərinə könüllülərin qeydiyyatı da 17 dekabrdan başlanıb və 23 dekabra qədər davam edəcək.