Dek 21, 2015 13:15 Asia/Baku
  • İranın dondurulmuş mal varlığı azad edilir
    İranın dondurulmuş mal varlığı azad edilir

İran xarici işlər nazirinin müavini İranın dondurulmuş mal varlığının azad edilməsindən xəbər verib.

Seyid Abbas İraqçı İRİB ilə müsahibədə deyib: İranın xarici banklarda dondurulmuş mal varlığı 2016-cı ilin yanvar ayından etibarən azad ediləcək.

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini daha sonra deyib: Nüvə anlaşmasında hansı sanksiyaların ləğv ediləcəyi tam aydın formada öz əksini tapıb və bunu əsas götürərək, İranın dünya banklarında dondurulmuş mal varlığı azad ediləcək və İran ilə bank əməliyyatlarına qoyulan qadağalar ləğv ediləcək.

İraqçı İran ilə Rusiya rasında imzalanmış son dərəcə etibarlı bir sənədə əsasən zənginləşdirilmiş uranın satışı və sarı tortanın alışı ilə bağlı İran və Rusiya arasındakı mübadilənin tamamilə münasib şərtlər altında həyata keçiriləcəyini bildirib.

Teqlər