Ruhaninin Həzrət Məsih(ə)-ın mövludu münasibətilə təbrik müraciəti
https://azeri.sahartv.ir/news/İran-i201234-ruhaninin_həzrət_məsih(ə)_ın_mövludu_münasibətilə_təbrik_müraciəti
İran İslam Respublikası prezidenti Həzrət Məsih(ə)-ın mövludu və yeni milad ili münasibətilə dünya ölkələrinin başçılarını təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2015 15:56 Asia/Baku
  • Ruhaninin Həzrət Məsih(ə)-ın mövludu münasibətilə təbrik müraciəti
    Ruhaninin Həzrət Məsih(ə)-ın mövludu münasibətilə təbrik müraciəti

İran İslam Respublikası prezidenti Həzrət Məsih(ə)-ın mövludu və yeni milad ili münasibətilə dünya ölkələrinin başçılarını təbrik edib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani dünya ölkələrinin başçılarına ünvanlanmış ayrı-ayrı müraciətlərində Həzrət İsa Məsih(ə)-ın mübarək mövludu və 2016-cı milad ilinin gəlib çatması münasibətilə onları təbrik və ümidvarlıq edib ki, yeni milad ili ərəfəsində ölkələrin daha artıq həmkarlığı ilə bütün dünyada terrorizmin məhvi və ayrı-seçkiliyin aradan götürülməsi, eləcə də sülh və təhlükəsizlik reallaşacaq.

Prezident Administrasiyasının informasiya portalının məlumatına görə, İran İslam Respublikası prezidenti dünya ölkələrinin başçılarına ünvanlanmış ayrı-ayrı müraciətlərində onların xalqları və dövlətləri üçün xoşbəxtlik, sevinc və bərəkətlə dolu bir il arzu edib.

Sabah, cümə, 2015-ci il dekabrın 25-i, Həzrət İsa Məsih(ə)-ın mübarək mövludu gününə təsadüf edir.