İran prezidentinin İslami Vəhdət konfransındakı çıxışı
https://azeri.sahartv.ir/news/İran-i201427-İran_prezidentinin_İslami_vəhdət_konfransındakı_çıxışı
İran prezidenti deyib ki, təəssüflə, vəhhabi mədrəsələrində din və İslamın böyük peyğəmbəri(s.ə.s)-in rəftar tərzini qiraət etmək yerinə, qarşıdurma və kobudluğu yayırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2015 09:16 Asia/Baku
  • İran prezidentinin İslami Vəhdət konfransındakı çıxışı
    İran prezidentinin İslami Vəhdət konfransındakı çıxışı

İran prezidenti deyib ki, təəssüflə, vəhhabi mədrəsələrində din və İslamın böyük peyğəmbəri(s.ə.s)-in rəftar tərzini qiraət etmək yerinə, qarşıdurma və kobudluğu yayırlar.

IRIB-nin məlumatına görə, İran prezidenti Həsən Ruhani bazar günü Tehranda 29-cu Beynəlxalq İslami Vəhdət konfransının açılış mərasimində əlavə edib: Təkfir mötədilliyə malik olmama, geridə qalma və fikir kobudluğundan mənşə alır.

İran İslam Respublikasının prezidenti söyləyib: Bütün ilahi dinlər qeyri-ilahi fərmanlardan çəkinməlidirlər və İslam ilə qeyri-İslam arasında qarşıdurma olmamalıdır.

İran prezidenti deyib: Əgər bir gün islami ölkələrin fikri və qüssəsi İslam düşmənlərinin təcavüzü idisə, təəssüflə, bu gün şərait elə olubdur ki, islami bir ölkə digər islami ölkəyə hücum edir.

Ruhani "heç vaxt təsəvvür edilməzdi ki, sionist rejim müsəlmanların zehinlərindən çıxacaq" deyərək, bildirib: Bir sıra qruplar Allah bayrağı və İslamın adı ilə müsəlmanların canlarına düşüblər və İslam zorakılıq dini kimi təqdim olunur və bir qrup İslamı zülm və təcavüz dini kimi təqdim edibdir ki, bu hərəkətlər qəsbkar sionist rejimin xeyrinədir.

İran İslam Respublikasının prezidenti vurğulayıb: Şübhəsiz, zorakılıq təəssüflə, İslam barədə qeyri-düzgün dərk və anlayışa malik olan qrupların fikir və düşüncələrindən irəli gəlir və vay o günə ki, zorakılıq və ifratçılıq fikirdən başlayaraq, dialoqa çevrilmiş olsun.

İran İslam Respublikasının prezidenti vurğulayıb: Şiə hilalını təbliğ edən ölkələr səhv təbliğ edirlər; müsəlman ölkələr müttəfiq və bir-birilərinin kənarında islami bir tam kimi müttəfiq olmalıdırlar.