Dek 27, 2015 18:08 Asia/Baku
  • İslami mütəfəkkirlər Tehranda bir daha vəhdət nidası veriblər
    İslami mütəfəkkirlər Tehranda bir daha vəhdət nidası veriblər

Tehranda keçirilən 29-cu Beynəlxalq İslami Vəhdət konfransının iştirakçıları Səhər telekanalı ilə müsahibədə təkfirçi qruplarla mübarizəni vurğulayıblar. Dünyanın 70 ölkəsindən olan mütəfəkkirlər islami ölkələr arasında birliyi özlərinin Tehrandakı iclaslarının ən mühüm hədəfi adlandırıblar.

Pakistandan olan müsəlman mütəfəkkir Qazi Əhməd Nurani deyib: İslami ölkələr bir-birilərilə müttəfiq olmalıdırlar ki, zülm və zalım qüvvələr qarşısında dayana bilsinlər. Onun ən yaxşı həll yolu da elm və texnologiyada irəliləyişdir.

Nigeriyalı müsəlman mütəfəkkir isə deyib: Biz hamımız bura toplaşmışıq ki, İslam dünyasının problemlərini həll edək və vurğulayaq ki, bu şəraitdə müsəlmanların birliyi çox çətindir.

Pakistanlı mütəfəkkir: İran İslam Respublikası bu illər ərzində vəhdət konfransını çox yaxşı keçirə bilibdir. Sevinirəm ki, 29-cu iclasda iştirak edə bildim.

Seneqaldan olan dini fəal: İslami Vəhdət konfransı İslam dünyasının din alimlərini bir yerə toplamaq üçün çox yaxşı fürsətdir ki, terror qrupları kimi mühüm mövzular barədə söhbət etmiş olsunlar.

Pakistandan olan xanım Suməyyə Qazi: İran prezidentinin çıxışından çox ləzzət aldım, zira dedi ki, şiə və sünni hilalı mövcud deyil və yalnız İslam birliyi var.

İraqdan olan müsəlman mütəfəkkir: Dünyanın zalım qüvvələri hazırda müsəlmanlar və şiə ilə sünni arasında təfriqə salmağa çalışırlar. Vəhhabilər La İlahə İlləllah bayrağı altında müsəlmanları qətli-am edirlər.

29-cu Beynəlxalq İslami Vəhdət konfransında iştirak edən mütəfəkkirlər və din alimləri Azərbaycan Respublikasını İslam dünyasının bir hissəsi adlandırıb və bu ölkə dövlətindən istəyiblər ki, Nardaran məsələsilə bağlı məsuliyyətlə əməl edib, dindarların təqib olunmalarını dayandırsın.

Teqlər