Zərif Rəmadi şəhərinin azad edilməsi münasibəti ilə İraq dövləti və xalqını təbrik etdi
-
Zərif Rəmadi şəhərinin azad edilməsi münasibəti ilə İraq dövləti və xalqını təbrik etdi
İran İslam Respublikasının xarici işlər naziri iraqlı həmkarına ünvanladığı müraciətdə İraqın əl-Ənbar vilayətinin mərkəzi olan Rəmadi şəhərinin azad edilməsi münasibəti ilə İraq dövləti və xalqını təbrik edib.
İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif iraqlı həmkarı İbrahim Cəfəriyə üvnanlanmış müraciətində həmçinin deyib: İraqda milli birlik və həmrəyliyin davam etməsi, kürd, sünni və şiə olmasından asılı olmayaraq, İraq xalqı və silahlı qüvvələrinin rəşadəti nəticəsində İraqın digər məntəqələri də terrorçuların mənfur varlığından təmizlənməiş olacaq.
İraqın əl-Ənbar vilayətinin mərkəzi olan Rəmadi şəhəri Bağdadın 110 km qərbində yerləşir. Bu şəhər 2 ay davam edən ağır döyüşlərin ardınca ötən gün İŞİD-in işğalından azad edilib və terrorçular şəhərdən çıxarılıb.