Dek 30, 2015 13:13 Asia/Baku
  • Zənginləşdirilmiş uran və
    Zənginləşdirilmiş uran və "sarı kek" mübadiləsi; İran nüvə yanacağı ticarətinə daxil oldu

Zənginləşdirilmiş 11 ton uranın İrandan Rusiyaya nəql olunması və 200 ton "sarı kek"in alınması ilə Əhatəli Müştərək Təşəbbüs Proqramının ən önəmli mərhələlərindən biri həyata keçirilib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi zənginləşdirilmiş uranın "sarı kek" ilə mübadilə edilməsini təsdiqləyərək deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramına əsasən İran bu proqramın icra olunması günündən öncəyə qədər təyin olunan miqdardan əlavə zənginləşdirilmiş uranın vəziyyətini müəyyənləşdirmək üzrə öhdəlik götürüb.

Salehinin sözlərinə görə, zənginləşdirilmiş uranın bu miqdarının vəziyyətinin müəyyənləşməsi üçün müxtəlif yolların araşdırılması, o cümlədən onun yanacaq obyektlərinə çevrilməsi və yaxud yüngülləşdirilməsi ilə, Tehran 3-cü həll yolu yəni uranın mübadiləsi və yaxud satılmasını seçdi.

İran Xarici İşlər Nazirliyinin Siyasət və Beynəlxalq Təhlükəsizlik baş idarəsinin baş direktoru Həmid Bəidinejad Əhatəli Müştərək Təşəbbüs Proqramının bu mərhələsini anlaşmanın ən çətin mərhələlərindən biri adlandırır.

Bəidinejadın sözlərinə görə, zənginləşdirilmiş uranın Rusiyaya nəqli əməliyyatının icrası, minimum iki ay gecə-gündüz işin nəticəsi idi və Rusiya və Qazaxıstanla koordinasiya ilə həyata keçirildi.

İran xarici işlər nazirinin müavini bu önəmli əməliyyatda Norveç və Azərbaycan Respublikasının rola malik olduğunu bildirib.

Teqlər