Cabiri Ənsari: Nəmrin edamı Ərəbistana baha başa gələcək
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Ölkə daxilindəki müxaliflərini repressiya və edam etmək siyasətinin Ərəbistan hökuməti üçün ağır nəticələri olacaq.
Sadiq Hüseyn Cabiri Ənsari Ərəbistanlı şiə alim Şeyx Nəmr Baqir əl-Nəmrin edam edilməsini kəskin formada qınayaraq, deyib: İfratçı və təkfirçi terrorçuların region və dünya xalqlarının sakitliyi və təhlükəsizliyini, habelə, bəzi region ölkələrinin varlığını təhdid etdiyi bir vaxtda, siyasi və dini məqsədlər üçün sadəcə çıxış etməklə kifayətlənn Şeyx Nəmr kimi bir şəxsin edam edilməsi sadəcə məsuliyyətsizlik və tədbirsizliyin nə dərəcədə dərin olduğundan xəbər verir.
Cabiri Ənsari əlavə edib: Ərəbistan dövləti terrorçu və təkfirçi qüvvələri himayə etdiyi bir halda, ölkə daxilində öz müxalifləri ilə edam və repressiya dili ilə danışır. Aydın məsələdir ki, bu nöqsanlı siyasət və məsuliyyətsiz davranışlar Ərəbistan üçün ciddi mənfi nəticələrə səbəb olacaq.
Ərəbistanın Daxili İşlər Nazirliyi bu gün bir bəyanat yayaraq, tanınmış şiə alim Şeyx Nəmr Baqir əl-Nəmrin edam edilməsindən xəbər verib.