Rusiya Şərqşünaslıq İnstitutunun ən yaxşı kitabı: "İran İslam Respublikasının Hərbi Qüdrəti"
-
Rusiya Şərqşünaslıq İnstitutunun ən yaxşı kitabı: "İran İslam Respublikasının Hərbi Qüdrəti"
"İran İslam Respublikasının Hərbi Qüdrəti" kitabı Rusiya Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun ən yaxşı kitabı olaraq seçilib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, "İran İslam Respublikasının Hərbi Qüdrəti" kitabı Sputnik radiosunun yazarlarından Vladimir Sazin və hərbi ekspert Yuri Bondarov tərəfindən yazılıb.
Bu kitab siyasət elmləri və beynəlxalq münasibətlər fakültələri tələbələri, siyasi ekspertlər və şərqşünaslar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Rusiyanın Şərqşünaslıq İnstitutu bu ölkənin Elmlər Akademiyası nəzdində ən etibarlı elmi müəssisələrdəndir. Bu institutda şərq ölkələri ilə əlaqədar məsələlərdə araşdırmalardan əlavə, şərqşünaslıq və dil tədrisi fakültələrində də tələbələr təhsil alırlar.