İran və İraq xarici işlər nazirlərinin görüşü
https://azeri.sahartv.ir/news/İran-i203175-İran_və_İraq_xarici_işlər_nazirlərinin_görüşü
İran və İraqın xarici işlər nazirləri iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi yollarını araşdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2016 13:59 Asia/Baku
  • İran və İraq xarici işlər nazirlərinin görüşü
    İran və İraq xarici işlər nazirlərinin görüşü

İran və İraqın xarici işlər nazirləri iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi yollarını araşdırıblar.

IRNA-nın məlumatına görə, İran və İraqın xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və İbrahim Cəfəri Tehranda iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi, eləcə də regional və beynəlxalq hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Belə bir halda, İranın xarici işlər naziri iraqlı həmkarı ilə birgə mətbuat konfransında Tehranın siyasətini qonşuları ilə anlaşma adlandırıb və belə deyib: Ötən iki il yarım ərzində terrorizm təhlükəsi ilə üzləşsək də anlaşma və qardaşlığın yaradılması üçün çalışdıq, amma təəssüflə, Ərəbistan bu yolun əksinə hərəkət etdi.

İranın xarici işlər naziri həmçinin ərəbistanlı tanınmış şiə ruhani Şeyx Nimr Baqir Əla-Nimrin edam edilməsini pisləyərək, deyib: Bu şəxsiyyətə qarşı addım əsaslandırılası deyil, belə ki, dünyada da bu hərəkət nifrət və pislənməklə üzləşibdir.

Məhəmməd Cavad Zərif Ərəbistan dövlətinin neftin qiymətini aşağı salma, öz xalqına qarşı hərəkət etmə və sionist rejimlə yanaşı İranın nüvə müzakirələrində əks addım atmaq üzrə hərəkətlərini İranın cənub qonşusunun rəftar nümunələrindən adlandıraraq, bildirib ki, İran İslam Respublikasının başçıları bu hərəkətləri kəskin tərzdə pisləyiblər.

Zərif deyib: İran şəri və qanuni tərzdə bütün ölkələrin diplomatlarının qorunmasına özünü borclu bilir və Ərəbistan səfirliyinə qarşı hücumda səhlənkarlıq etmiş bütün şəxslər ilə ciddi rəftar edəcəkdir.

Məhəmməd Cavad Zərif əlavə edib: İran İslam Respublikası və İraq Respublikası geniş əlaqələrə malikdirlər; bizim əlaqələr möhkəm əlaqələrdir və bir cəbhədə ifratçılıq və terrorizmə qarşı səy edirik.

İranın xarici işlər naziri İran İslam Respublikasının İraq dövlətinin İraqda ifratçılığın iştirakı xüsusiyyət təşkil etməklə hər cür xarici müdaxilə ilə mübarizə və öz ərazi bütövlüyünü qorumaq üzrə səylərini dəstəklədiyini vurğulayaraq, bildirib ki, bu gün İraq, Suriya və region üçün İŞİD xətəri barədə fikir mübadiləsi aparırdıq və bu fikir mübadilələri davam edəcəkdir.

İraqın xarici işlər naziri İbrahim Cəfəri də bu mətbuat konfransında vurğulayıb ki, İraq dövləti daim regionda sülh və təhlükəsizliyin bərqərarında səy göstərib və göstərəcəkdir.

O, Şeyx Nimr Baqir Əlnimrin Ərəbstan dövləti tərəfindən edam edilməsini xüsusən onun sülhsevər bir şəxs olmasına görə, cinayətkar bir hərəkət adlandırıb.

Cəfəri bildirib ki, region problemlərinin həlli üçün region ölkələrinin həmkarlıq etmələri vacibliyi qənaətindədir.