Yan 09, 2016 08:39 Asia/Baku
  • İran xarici işlər nazirinin BMT baş katibinə məktubu
    İran xarici işlər nazirinin BMT baş katibinə məktubu

İran İslam Respublikasının xarici işlər naziri BMT baş katibinə məktubda yazıb: Səudiyyəlilər ifratçıları himayə və regionun sabitliyi üzrə səy kimi iki seçmidən birini seçməlidirlər.

IRIB-nin məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü BMT baş katibinə məktubda belə qeyd edib: Səudiyyə Ərəbistanı ifratçıları himayə və təriqətlər arası nifrətləri qızışdırmağı davam etdirmə ilə dinc yanaşı yaşama və regional sabitlik arasında birini seçməlidir.

Zərif deyib: İran heç vaxt öz qonşuluğunda gərginliyin artmasına heç bir maraq göstərməyib və ümidvardır ki, Səudiyyə Ərəbistanı da məntiq yolunu seçəcəkdir.

İran İslam Respublikasının xarici işlər naziri bu məktubda vurğulayıb: Doktor Həsən Ruhaninin İran İslam Respublikasının prezidenti seçildiyi və İranda on birinci hökumətin işə başladığ elə ilk günlərdən kobudluq və ifratçılıq ilə mübarizə və regional sabitlik üçün dialoq və anlaşmanın gücləndirilməsi məqsədilə Səudiyyə Ərəbistanına müraciətlər göndərilibdir.

İran İslam Respublikasının xarici işlər naziri əlavə edib: Amma səudiyyə başçıları bunun əvəzində İran ilə 5+1 qrupu arasında nüvə razılaşmasının formalaşması və ya nəticəyə çatmasının qarşısını almaq üçün əllərindən gələni əsirgəmədilər.

Teqlər