Nüvə anlaşmasının icrası üzrə son koordinasiyalar
Nüvə anlaşmasının icrası gününə çatmaq üzrə son koordinasiyaların həyata keçirilməsi üçün İran nüvə müzakirə komandasının altılıq ilə ekspert iclası Cenevrədə işə başlayıb.
IRNA-nın məlumatına görə, İran Xarici İşlər Nazirliyiinin Siyasi və Beynəlxalq Təhlükəsizlik şöbəsinin müdiri Həmid Bəidinejad cümə günü Cenevrədə başlamış ikigünlük ekspertlər iclasında İran komandasına sədrlik edir.
Bundan öncə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İraqın xarici işlər naziri İbrahim Cəfəri ilə birgə mətbuat konfransında İranın müzakirə komandasının 5+1-in nümayəndələri ilə iclasının keçiriləcəyindən xəbər vermişdi.
Qərar üzrə nüvə anlaşmasının icrası günündə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə Avropa İttifaqının xarici siyasət üzrə koordinatoru Federika Moqerininin birgə bəyanatı rəsmi şəkildə elan olunacaq.