Yan 14, 2016 14:58 Asia/Baku
  • Brucerdi: Fars körfəzinin təhlükəsizliyi İranın əlindədir
    Brucerdi: Fars körfəzinin təhlükəsizliyi İranın əlindədir

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri deyib: Fars körfəzinin təhlükəsizliyinin qorunması İranın ixtiyarındadır və Amerika bu oyunun qaydasına riayət edə bilməz.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əlaəddin Brucerdi İslam İnqilabı Keşikçilər Korpusu Sepahın dəniz qüvvələri komandanı general-mayor Əli Fədəviyə müraciətində bildirib: İslam İnqilabı Keşikçilər Koprusu Sepahın dəniz qüvvələrinin ayıq və iqtidarlı addımı bir daha İran xalqının izzətini nümayiş etdirdi.

Brucerdinin sözlərinə görə, Amerikanın iki qayığının Fars körfəzində İran sularına təcaüzünün qəsdən olmamasına baxmayaraq, İslam İnqilabı Keşikçilər Korpusu Sepahın dəniz qüvvələrinin həbs olunan amerikalı hərbçilərlə hörmətli və islami rəftarı alqışalayiqdir və bütün dünyaya təqdirəlayiq nöqtələri ehtiva edir.

Teqlər