Bəidinejad: İrana qarşı sanksiyalar yolun sonuna çatıb
Yan 14, 2016 17:22 Asia/Baku
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Siyasət və Beynəlxalq Məsələlər Baş İdarəsinin rəisi deyib: Qərbin İrana qarşı birtərəfli sanksiyaları yolun sonuna çatıb.
İRNA-nın məlumatına görə, Həmid Bəidinejad cümə axşamı günü deyib: Bazar günü İran və 5+1 qrupu ölkələrinin nümayəndə heyətləri arasında müzakirələrin başlanması və bu gün yerdə qalan son məsələlərin də müzakirə edilərək, yekunlaşdırılması ilə, qarşıdan gələn günlər ərzində nüvə anlaşması icraya qoyulacaq.
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Seyid Abbas İraqçı da çərşənbə günü deyib: Nüvə anlaşmasının icraya qoyulması xəbəri yaxın günlərdə elan olunacaq.