MAQATE müfəttişləri İranın öhdəliklərinə sədaqətini sınayırlar
İranın Atom Enerjisi Təşkilatının sözüçsü MAQATE müfəttişlərinin İranın ödəliklərinə sədaqətini sınamalarından xəbər verib.
İRİB-nin məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi cümə axşamı Ərak ağırsu reaktorunun istifadə qaydasının dəyişidirilməsi əməliyyatının son mərhələsinə işarə edərək, deyib: Qarşıdan gələn günlər ərzində bu əməliyyat başa çatacaq və MAQATE müfəttişləri görülən işlərlə bağlı müşahidələrini həyata keçirdikdən sonra, yekun hesabatlarını elan edəcəklər.
Kəmalvəndi Ərak ağırsu reaktorunun nüvəsinin çıxarıldığına işarə edərək, reaktorun nüvəsinin yerləşdiyi mərkəzi hissəsinin betonlandığını bildirib və deyib: reaktorun əsas hissəsi qorunacaq.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü əlavə edib: İranın bütün nüvə fəaliyyətləri o cümlədən elmi araşdırmalar, inkişaf proqramları və uranın zənginləşdirilməsi prosesi çox aydın bir perspektivə malikdir və MAQATE-nin nəzarəti altında nüvə elmi və texnologiyasının sənayeləşdirilməsi təyin olunmuş bir məqsəddir.
Kəmalvəndi iki illik gərgin iş rejiminin ardınca xüsusilə də hüquq və siyasət sahəsindəki səylər nəticəsində mühüm bir işin gerçəkləşdiyini deyərək, əlavə edib: Böyük qüdrətlər İranın nüvə haqlarına hörmətlə yanaşmağı qəbul ediblər.