Eşton Karter: Naviqasiya səhvi gəmilərin İran sularına girişinin dəlilidir
https://azeri.sahartv.ir/news/İran-i204261-eşton_karter_naviqasiya_səhvi_gəmilərin_İran_sularına_girişinin_dəlilidir
Amerikanın müdafiə naziri iddia edib ki, iki amerikan gəmi təsadüfi surətdə və naviqasiya səhvinə görə, İran sularına daxil olmuşdu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 15, 2016 07:13 Asia/Baku
  • Eşton Karter: Naviqasiya səhvi gəmilərin İran sularına girişinin dəlilidir
    Eşton Karter: Naviqasiya səhvi gəmilərin İran sularına girişinin dəlilidir

Amerikanın müdafiə naziri iddia edib ki, iki amerikan gəmi təsadüfi surətdə və naviqasiya səhvinə görə, İran sularına daxil olmuşdu.

Eşton Karter Amerikada ispan dilli "Yuni Vijen" telekanalının müxbiri Corc Ramos ilə müsahibədə deyib: Dənizçilər naviqasiya səhvinə görə, İran sularına yaxınlaşıblar. Bu, onların verdikləri məlumatdır və onlar deyiblər ki, bu naviqasiya səhvinə görə, belə bir vəziyyətə düşüblər.

Amerikanın müdafiə naziri əlavə edib: Bu dənizçilər gizli əməliyyat keçirməkdə deyildilər və yalnız oradan keçməkdə imişlər.

Üç gün bundan öncə İranın dəniz qüvvələri İranın regional sularına üç kilometr daxil olmuş on amerikalı dəniz piyadasını həbs etdilər.

Analitiklər bu qənaətdədirlər ki, İranın Sepah qüvvələrinin qəfil hərəkəti belə bir mesaja malikdir ki, Tehran heç bir vəchlə öz ərazi hakimiyyətinin pozulmasına cavabda güzəştə getməyəcəkdir. İranın bu qüdrətli addımı göstərir ki, oyun qaydaları dəyişibdir və bəziləri öz qüdrətlərinin hədd-hüdudlarını bilməlidirlər.