Yan 18, 2016 08:28 Asia/Baku
  • AEBA-nın baş direktoru Tehrana daxil olub
    AEBA-nın baş direktoru Tehrana daxil olub

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukia Amano İran ilə agentlik arasındakı əlaqələrin genişləndirilməsi istiqamətində bazar ertəsi günü səhər tezdən Tehrana daxil olub.

IRNA-nın məlumatına görə, Amano Tehranın Mehrabad hava limanında İranın Atom Enerjisi Təşkilatı sədrinin sözçüsü Behruz Kəmalvəndi tərəfindən qarşılanıb.

İranın Atom Enerjisi Təşkilatının sədri İran prezidetninin mətbuat konfransının kənarında bildirdi ki, Amanonun İrana səfərində məqsəd, İran ilə agentlik arasındakı əlaqələrin genişləndirilməsidir.

Əli Əkbər Salehi deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik öz üzvlərinə xidmətlərin göstərilməsi sahəsində fəaldır və İrana bu xidmətin göstərilməsi də davam edəcək və bizim agentliklə həmkarlığımız öncəki qaydalar və əlavə protokol çərçivəsində davam edir.

İranın Atom Enerjisi Təşkilatı sədrinin sözçüsü Behruz Kəmalvəndi də Yukia Amanonun bazar ertəsi günü İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşəcəyini bildirib.

O, Amanonun bu səfərdə bir yerdən baxış keçirməyəcəyini bildirib.

İranın Atom Enerjisi Təşkilatı sədrinin sözçüsü nüvə anlaşmasının icra prosesinin səkkiz il nəzərdə tutulduğunu bildirərək, deyib: İran agentliklə sıx əməkdaşlıqla tez bir zamanda təyin olunmuş nəticələrə çatmaq niyyətindədir və bu məsələ İranın agentliklə həmkarlığı ilə mümkündür.

Teqlər