Yan 18, 2016 14:35 Asia/Baku
  • İran prezidentinin İnqilab Rəhbərinə məktubu
    İran prezidentinin İnqilab Rəhbərinə məktubu

İran prezidenti İslam İnqilabının Böyük Rəhbərinə məktubda İranın nüvə, siyasi, hüquqi və iqtisadi sahələrdəki nailiyyətlərini şərh edib.

İran prezidenti Həsən Ruhaninin İslam İnqilabının Böyük Rəhbərinə məktubunda deyilir: Dövlət Sizin göstərişlərinizə tam şəkildə diqqət edərək, qarşı tərəfin öhdəliklərinin icrasını diqqət və ciddiliklə izləmək və düşmənlərin nüfuz istiqamətində sui-istifadə səylərini nakam qoymaq əzmindədir.

İran prezidentinin İslam İnqilabının Böyük Rəhbərinə məktubunda sonra deyilir: İranın müqavimətli xalqının bütün təhdidlər və sanksiyalar qarşısındakı 12 illik müqaviməti nəticəsində və İslam İnqilabının Böyük Rəhbərinin dahiyanə və şücaətli rəhbərliyi altında nüvə sahəsində böyük nailiyyətlər əldə olundu.

Ruhani əlavə edib: Hazırda zalımcasına sanksiyaların götürülməsilə İranın iqtisadi çiçəklənməsi üzrə yol, müqavimət iqtisadiyyatı siyasətlərinin ciddi və təsirli icrası yolu ilə açılıbdır.

İran prezidenti deyib: Dövlət möhkəm bir əqidəyə malikdir ki, hərçənd İran xalqının hüquqlarının reallaşması və zülmün aradan götürülməsi baxımından sanksiyaların aradan qaldırıılması lazımlı və zəruri bir iş idi, lakin məşğulluq və məişətin yaxşılaşması və iqtisadi açılışa qətiyyətlə lazım olan məsələ, müqavimət iqtisadiyyatının hərtərəfli şəkildə izlənilməsi və bütün xalqın təşəbbüs, iş və investisiya səhnəsində fəal iştirakıdır.

Teqlər