Yan 19, 2016 10:23 Asia/Baku
  • 
İranın müdafiə naziri: Sanksiyalar İranın raket müdafiə sənayesinə mənfi təsir buraxmır
    İranın müdafiə naziri: Sanksiyalar İranın raket müdafiə sənayesinə mənfi təsir buraxmır

General Hüseyn Dehqan: Şəxslər və şirkətlərə qarşı sanksiyaların tətbiq edilməsi İranın raket sənayesinin inkişafında heç bir mənfi təsirə malik deyil.

İran İslam Respublikasının müdafiə naziri general Hüseyn Dehqan rəhbərlik etdiyi nazirliyin strateji şurasının iclasında ABŞ-ın İranın raket proqramı əleyhinə yeni sanksiyaları barədə deyib: İran İslam Respublikasının raket sənayesi tamamilə yerlidir. Yerli biliyə, yerli mütəxəssislərə və yerli infrastrukturlara arxalanır. Buna görə də, şəxslər və ya şirkətlər əleyhinə sanksiyaların tətbiq edlməsi, bu sahənin inkişafına heç bir təsir buraxmayacaq və bunu raket sənayesində yeni uğurların əldə edilməsi ilə sübut edəcəyik.

İranın müdafiə naziri həmçinin deyib: Müdafiə diplomatiyası sahəsində də qonşu ölkələr və dünya ölkələri ilə müdafiə sahəsində əməkdaşlıqların genişləndirilməsi ilə region və dünyada sülh, sabitlik və təhlükəsizliyin genişləndirilməsinə yardım etməklə yanaşı, terrorizm kimi böhran amilləri ilə də ciddi formada mübarizə aparacağıq.

General Hüseyn Dehqan əlavə edib: Nüvə anlaşmasının icrasından sonra İran xalqı öz birliyini və həmrəyliyini qorumaq yolu ilə səhnədəki agah və ayıq iştirakını davam etdirəcək və İslam İnqilabının Böyük Rəhbərinin müdrik istiqamətləndirməsi sayəsində yaranan bütün fürsətlərdən maksimum şəkildə istifadə etməklə yanaşı, düşmənin İran əleyhinə fitnələrini də zərərsizləşdirmiş olacaq.

Teqlər