Yan 20, 2016 12:44 Asia/Baku
  • Salehi nüvə anlaşmasının icra olunması münasibəti ilə müraciət etdi
    Salehi nüvə anlaşmasının icra olunması münasibəti ilə müraciət etdi

İran İslam Respublikası Atom Enerjisi Təşkilatının sədri Əhatəli Müştərək Təşəbbüs Proqramının icra olunması münasibəti ilə etdiyi müraciətdə bildirib: İslam Respublikası indiyə qədər inkişaf və irəliləyiş üçün tarixi bir sıçrayış pilləsində qərarlaşmışdır.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Əhatəli Müştərək Təşəbbüs Proqramının icra prosesinə başlanması münasibəti ilə nüvə sənayesində çalışanlar və diplomatiya fəallarını dəstəkləməsi ilə əlaqədar İran xalqını alqışlayaraq bildirib: İranın böyük xalqı eniş-yoxuşlu dövrləri arxada qoyaraq başıucalıqla yüksək dövrə giriş astanasındadır.

Salehi öz müraciətində əlavə edib: Hazırda yeni təcrübə və nailiyyətlər İranın böyük xalqını gözləyir. Buna görə İran xalqının vəzifəsi budur ki, milli ümidi qorumaqla İslami İranın müxtəlif sahələrdə, o cümlədən İranın milli məqsədlərinin çərçivəsində önəmli prioritet olaraq sülhməramlı nüvə texnologiyasından faydalanmaq sahəsində İslam Respublkasının mövqeyinin daha da yüksəlməsində rol oynasın.

Ötən şənbə günü 16 yanvar 2016-cı il tarixində Əhatəli Müştərək Təşəbbüs Proqramı icra olundu və Avropa Birliyi və Amerikanın İran əleyhinə tətbiq etdikləri ədalətsiz sanksiyalar ləğv edildi.

Teqlər