Yan 20, 2016 20:59 Asia/Baku
  • Almaniya rəsmisi İran ilə mübadilələrin 4 dəfəyə qədər artırılacağına ümidvar olduğunu bildirib
    Almaniya rəsmisi İran ilə mübadilələrin 4 dəfəyə qədər artırılacağına ümidvar olduğunu bildirib

Almaniya rəsmisi İran ilə mübadilələrin 4 dəfəyə qədər artırılacağına ümidvar olduğunu bildirib.

İRNA-nın məlumatına görə, Almaniyanın orta şirkətlər birliyinin sədri Mario Oven İrana qarşı sanksiyaların ləğv edilməsinin Almaniyanın orta şirkətləri üçün böyük fürsətlər yaratdığını deyərək, İran ilə Almaniya arasındakı ticarət mübadilələrinin həcminin 2020-ci ilə qədər 4 dəfə artacağına ümidvar olduğunu bildirib.

Oven həmçinin, Almaniyanın maşınqayırma, infrastruktur, yol və nəqliyyat habelə, bərpa edilən enerji şirkətlərinin İranın yeni iqtisadi atmosferindən istifadə edə biləcəklərini proqnoz edib .

Almaniyanın İqtisadiyyat Nazirliyi sözçüsünün müavini Ande As Evderç də son zamanlar deyib: İrana qarşı sanksiyaların ləğv edilməsi ilə İran bankları sanksiyalar şəraitindən çıxmış olacaqlar və İran yenidən Svift sisteminə qoşulacaq.

Teqlər