Zərif: Amerika dövləti sanksiya etməyə aludə olub
İran xarici işlər naziri İranın raket proqramı ilə bağlı ABŞ-ın yeni sanksiyalarına reaksiyada deyib: Amerika dövlətinin rəftarı qanun və reallığa ziddir və Amerika bir növ təzyiq və sanksiyaya aludə olubdur.
IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif CNN telekanalı ilə eksklüziv müsahibədə İranın raket proqramına qarşı sanksiyaları qanunsuz adlandıraraq, əlavə edib: Mən bu qənaətdəyəm ki, Amerika bir növ təzyiq və sanksiyaya aludə olubdur. Siqaretə aludə olmuş bir şəxs kimi, o, bu aludəçiliyin nəticə verməyəcəyini bildiyi halda, onu tərk edə bilmir.
Zərif deyib: Amerika dövləti bir dəfəlik olaraq özündə belə bir əzmkarlıq yaratmalıdır ki, sanksiya kəsərsizdir və İran qarşısında dialoq və hörmət həmişə kəsərlidir.
İllik Ümumdünya İqtisad Forumunda iştirak üçün Davosda səfərdə olan Məhəmməd Cavad Zərif Kristian Amanpurun canlı verilişində vurğulayıb: Amerika bizim qonşularımıza milyardlarla dollar hərbi texnika satır, halbulki biz müdafiə vasitələrimizi özümüz istehsal edirik və bizim özümüzü müdafiə etməyə haqqımız var.
İranın xarici işlər naziri söhbətinin digər bir hissəsində İran ilə Ərəbistan arasında yaranmış ixtilafa cavabda deyib: Bizim Ərəbistanla müharibə niyyətimiz yoxdur. Həqiqət budur ki, regiondakı səbatsızlıq ona görə yaranıbdır ki, Ərəbistan dəhşətə gəlmiş şəkildə fikirləşir, Səddamın süqutundan və islami oyanışdan sonra regionda müvazinət pozulubdur.
Zərif vurğulayıb: Biz inanırıq ki, İran və Ərəbistan iki mühüm oyunçu kimi regionda bir-birilnə kömək edə və bir-birilərini tamamlaya bilərlər.
İran istəmir və meyli də yoxdur ki, Ərəbistanı regional parametrlərdən silsin, zira Ərəbistan bu regionda mühüm bir oyunçudur. Təəssüflə, səudiyyəlilər belə bir illüziyaya malikdirlər ki, öz qərbli himayəçiləri ilə İranı regional parametrlərdən silə bilərlər.