General Süleymani: Minlərlə müdafiəçi islamı qoruyur
-
General Süleymani: Minlərlə müdafiəçi islamı qoruyur
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Qüds Qüvvələri Komandanı deyib: Hazırda Həzrət Zeynəb (s.ə) ziyarətgahının minlərlə müdafiəçisi Quran və Əhli-Beytin (ə) and içmiş düşmənləri qarşısında islamı qorumaq və müqavimət göstərməkdədir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Qüds Qüvvələri Komandanı general Qasım Süleymani şəhid Məhəmməd Əli Allahdadinin birinci ildönümü mərasimində islamda şəhidlik və şəhidliksevərliyin əhəmiyyətinə toxunub və deyib: Şəhidliyə çatmağın şərti bütün dünyəvi bağlılıqlar uzaq qalmaqdır.
Şəhid Allahdadi 2015-ci ildə Suriyanın Qünəytrə məntəqəsində olduğu zaman sionist rejim hərbi helikopterinin hücumuna məruz qalıb və Hizbullahın bir neçə döyüşçüsü ilə birlikdə şəhidlik şərbətini içib.