Yan 24, 2016 08:02 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbərinin Çinin prezidenti və nümayəndə heyəti ilə görüşdə bəyanatı
    İslam İnqilabının Böyük Rəhbərinin Çinin prezidenti və nümayəndə heyəti ilə görüşdə bəyanatı

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İran və Çin prezidentlərinin 25 illik strateji əlaqələr üzrə razılaşması düzgün və hikmətamizdir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayərtullahuluzma Xamenei şənbə günü Tehranda Çin prezidenti Si Cinpin və onu müşayiət edən heyətlə görüşdə İran və Çin xalqının ticari və mədəni əlaqələrinin uzun keçmişinə toxunaraq, əlavə ediblər: İranın dövləti və xalqı daim Çin kimi müstəqil və etibarlı ölkələrlə əlaqələrin genişlənməsi ardınca olub və vardırlar.

Həzrət Ayərtullahuluzma Xamenei enerjini dünyanın mühüm məsələlərindən biri adlandıraraq, deyiblər: İran regionda yeganə müstəqil ölkədir ki, enerji sahəsində etibar oluna bilər, zira bəzi region ölkələrinin əksinə olaraq, İranın enerji siyasəti heç bir qeyri-irani amilin təsiri altına düşmür.

O həzrət bəzi ölkələrin, xüsusən Amerikanın hegemonçuluq və qeyri-sədaqətli münasibətlərinə toxunaraq, əlavə ediblər: Bu şəraitdə müstəqil ölkələr daha artıq həmkarlıqlar ardınca olmalıdırlar və İran və Çin razılaşmaları məhz bu çərçivədədir və ciddi şəkildə izlənilməlidir.

İslam İnqilabının Böyük Rəhbəri qərblilərin heç vaxt İran xalqının etimadını qazana bilmədiklərini bildirərək, buyurublar: İran xalqı Çinin sanksiya dövründəki həmkarlıqlarını heç vaxt unutmayacaq və "vahid Çin" İran İslam Respublikasının prinsipial və qəti siyasətlərindəndir.

O həzrət həmçinin regiondakı hazırkı əmin-amansızlıqlardan təəssüflənərək, bu vəziyyəti qərblilərin yanlış siyasətləri və İslam barədə səhv və yayınmış qənaətin olmasının nəticəsi adlandırıb və vurğulayıblar ki, aqilanə əməkdaşlıqlarla onun qarşısı alınmalıdır.

Həzrət Ayərtullahuluzma Xamenei bəzi region ölkələrini yayınmış fikirlərin əsas mənşəyi adlandırıb və bildiriblər: Qərblilər də bu təfəkkürün əsas mənşəyi və terror qrupları ilə mübarizə yerinə, Avropa və Amerikada müsəlmanları hücum və təzyiqə məruz qoyublar, halbuki terrorçular düzgün islami təfəkkürdən tamamilə fərqlidirlər.

Teqlər