Çin Atom Enerjisi Agentliyinin sədri Salehi ilə görüşüb
Çin Atom Enerjisi Agentliyinin sədri İranın Atom Enerjisi Təşkilatının sədri ilə görüşüb.
IRNA-nın məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi şənbə günü axşam Çin Atom Enerjisi Agentliyinin sədri Su Daca ilə görüşdə nüvə anlaşmasının icrasından sonra yüksək vəzifəli çinli nümayəndə heyətinin İranda olmasından razılıq edərək, deyib ki, İran müxtəlif sahələrdə, xüsusən nüvə meydanlarında ikitərəfli əlaqələrin genişlənməsini istəyir.
Salehi İranın Buşehrdə iki AES inşa etmək üzrə qısa və uzunmüddətli proqramlarına toxunaraq, deyib: İran ilə Çin arasında imzalanmış memoranduma əsasən, iki ölkə nüvə sahəsində, xüsusən Ərak reaktorunun modernləşdirilməsi və 100 meqavatlıq kiçik elektrik stansiyalarının inşasında həmkarlıq edəcək.
Çin Atom Enerjisi Agentliyinin sədri Su Daca da deyib ki, İranla həmkarlıq təkcə Ərak reaktorunun modernləşdirilməsi ilə xülasə olmur. O, deyib ki, ölkəsi digər sahələrdə, o cümlədən nüvə sənayesində araşdırma və iqtisadi sahələrdə də İranla həmkarlığını genişləndirəcəkdir.
Çin prezidenti Si Cinpin yüksək vəzifəli nümayəndə heyəti ilə yanaşı cümə günü gecə Tehrana daxil olub. O, İranın yüksək vəzifəli rəsmilərilə görüşlərdən sonra şənbə günü gecə Tehranı tərk edibdir.