Tailandın xarici işlər naziri İran prezidentilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i205339-tailandın_xarici_işlər_naziri_İran_prezidentilə_görüşüb
İran prezidenti İran-Tailand anlaşma səviyyəsinin artırılması və əlaqələrin genişlənməsi üzrə şəraiti münasib adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2016 13:47 Asia/Baku
  • Tailandın xarici işlər naziri İran prezidentilə görüşüb
    Tailandın xarici işlər naziri İran prezidentilə görüşüb

İran prezidenti İran-Tailand anlaşma səviyyəsinin artırılması və əlaqələrin genişlənməsi üzrə şəraiti münasib adlandırıb.

Daxil olan məlumata görə, İran prezidenti Həsən Ruhani Tehranda Tailandın xarici işlər naziri Don Pramudwinai ilə görüşdə iki ölkə əlaqələrinin siyasi, iqtisadi və mədəni sahələrdə genişlənməsini alqışlayaraq, deyib ki, İran Asiyanın şərqindəki ölkələrlə münasibətlərini genişləndirmək ardıncadır.

Ruhani ASEAN ölkələri arasında əlaqələrin gücləndirilməsi vacibliyini vurğulayaraq, əlavə edib: İnkişafda olan bir-birilərinin iqtisadi, ticari, elmi, maliyyə və texnologiya sahələrindəki ehtiyaclarını təmin etməli və bir-birilərinin mədəni, social və ekologiya sahələrindəki təcrübələrindən bəhrələnməlidirlər.

İran prezidenti həmçinin bütün ölkələrin terrorizmlə mübarizəsi vacibliyini vurğulayaraq, deyib: Zorakılıq, ifratçılıq və terrorizm tədricən dünya səviyyəsində genişlənməkdədir və hamı onunla mübarizə üçün səhnəyə gəlməlidir.

Ruhani bəzi ölkələrin öz hədəflərinin irəliləməsi üçün bir vasitə kimi terror qruplarını maliyyə və silah cəhətdən dəstəkləmərlərindən təəssüflənərək, deyib ki, hamı insan cəmiyyəti üçün daha yaxşı vəziyyətin yaranmasın kömək etməlidir.

Tailandın xarici işlər naziri Don Pramudwinai də deyib: İranın sanksiya şəraitindən bəhrələnməsi və mütəxəssis və bacarıqlı işçi qüvvəsinin yetişdirilməsinə diqqət göstərməsinə əsasən, yaxın gələcəkdə İran iqtisadi bir qüdrətə çevriləcək.