Yan 24, 2016 18:01 Asia/Baku
  • Laricani: İran faktiki olaraq, terrorizmlə mübarizəyə girib
    Laricani: İran faktiki olaraq, terrorizmlə mübarizəyə girib

İran İslam Şurası Məclisinin sədri deyib ki, İran faktiki olaraq, terrorizmlə mübarizəyə girib.

IRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bazar günü Bağdadda İslami Parlamentlərarası Birliyin 11-ci iclasının kənarında müxbirlər qarşısında deyib: Terrorizmlə mübarizə şüarı verən bəzi ölkələrin əksinə olaraq, İranın bu problemlə savaşdakı mövqeyi aydındır.

Laricani İslam dünyasındakı bugünkü qarışıqlığı sionist rejimin fitnəsi adlandırıb və belə vurğulayıb: Müsəlman xalqlar bu məsələlər qarşısında sayıq və müttəfiq olmalıdırlar, zira İslam dünyası hər zamandakından daha çox qardaşlıq və birliyin gücləndirilməsinə ehtiyaclıdır.

İran İslam Şurası Məclisinin sədri Suriya böhranının həllinin təkcə dialoq yolu ilə mümkün olduğunu bildirərək, ümidvarlıq edib ki, Yəmən böhranı da müzakirə yolu ilə həll olunacaq.

Laricani İranın İraq kürdləri lə əlaqələrinə toxunaraq, vurğulayıb ki, İran daim İraqda öz kürd qardaşlarının hüquqlarının müdafiəçisi olub və Səddamın dövründə də kürdləri müdafiə etdi və onların kənarında durdu.

İran İslam Şurası Məclisinin sədri İran ilə İraq Kürdüstanı məntəqəsi arasındakı geniş ticari əlaqələrə toxunaraq, söyləyib: Bu məntəqənin terrorizmin hücumlarına məruz qaldığı dövrdə İran kürdlərin köməyinə gedən ilk ölkə oldu.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani İslami Parlamentlərarası Birliyin 11-ci iclasında iştirak üçün İraqa səfər edib.

Teqlər