Ruhani: İranlılar həmişə böyük ideyaya malik olmuşlar və bəşəriyyətin xidmətindədirlər
-
Ruhani: İranlılar həmişə böyük ideyaya malik olmuşlar və bəşəriyyətin xidmətindədirlər
İran İslam Respublikası prezidenti deyib: İranlılar həmişə dünyaın bütün yerində böyük ideya, düşüncə və istedada malik olmuş və bəşəriyyətin xidmətindədirlər.
Səhər Beynəlxalq Televiziyasının Prezident Aparatının informasiya portalına istinadla verdiyi məlumata görə, Həsən Ruhani çərşənbə gecə Fransaya səfəri çərçivəsində bu ölkədə yaşayan bir qrup iranlı ilə görüşdə Fransaya səfərin İslam İnqilabı günlərinin xatirəsini canlandırdığını bəyan edərək bildirib: Ölkədən xaricdə, əsasən də Fransada yaşayan iranlılar son yüz illiyin böyük məktəbləri ilə birlikdə dini demokratiya çərçivəsində İran diyarının tanınmasında çox təsirli rolu oynamışlar.
İranlıların tarix boyu həmişə digər xalqlarla anlaşmada onların təcrübələrindən istifadə etməklə bu təcrübələri böyük nailiyyətlərə çevirdiyini və dünyaya təqdim etdiklərini bəyan edərn Ruhani əlavə edib: İranlılar elm, bilik, mədəniyyət və sivilizasiyanı digər xalqlardan alıb, onu yüksəldib və dünyaya təhvil vermişlər.
İran prezidenti sözlərinin davamında İran xalqının köməyi və birliyi və İslam İnqilabının Böyük Rəhbərinin bələdçiliyi ilə İslam Respublikasının bütün nüvə hüququnun müdafiə olunduğunu bildirərək deyib: "Zənginləşdirmə sizin haqqınız deyildir" deyənlər və onu özlərinin inhisarçı haqqı bilənlər qarşısında zənginləşdirmə haqqını təsbit etdik, üstəlik zzənginləşdirilmiş nüvə maddələrnin ticarət haqqını da aldıq.
Ruhani həmçinin deyib: Dünyada heç kim şübhə etmir ki, əgər İranın səyi olmasaydı, bu gün bir terror qruplaşması, bəlkə də bir terror dövləti region ölkələrinə hakim idi.