Yan 28, 2016 13:41 Asia/Baku
  • Ruhani Parisdə YUNESKO-nun baş katibi ilə görüşüb
    Ruhani Parisdə YUNESKO-nun baş katibi ilə görüşüb

BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının baş katibii İran İslam Respublikası prezidenti ilə Parisdə görüşərək danışıqlar aparıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, YUNESKO-nun baş katibi İrina Bokova bu gün cümə axşamı günü İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə görüşdə İranın mədəniv və arxeoloji abidlərinin qeydiyyata alınması, o cümlədən Şuş, Meymənd kəndi, Sədinin əsərlərinin qeydiyyata alınması sənədini İran prezidentinə təqdim edib.

İran İslam Respublikası prezidenti yüksək səviyyəli siyasi, iqtisadi heyətin müşayiəti ilə ötən gün Fransa paytaxtı Parisə daxil olub.

Ruhani Fransaya səfərinin ilk günündə Senat rəhbəri, iqtisadi şirkətlərin rəhbərləri və bu ölkədə yaşayan iranlılarla görüşərək danışıqlar aparıb.

İran İslam Respublikası prezidenti Fransa prezidenti Fransua Ollandla görüşərək danışıqlar aparmalıdır.

Teqlər