Ruhani və Nazirlər Kabineti İmam Xomeyninin (rə) amalları ilə əhd-peymanları təzələdilər
https://azeri.sahartv.ir/news/İran-i206119-ruhani_və_nazirlər_kabineti_İmam_xomeyninin_(rə)_amalları_ilə_əhd_peymanları_təzələdilər
İran İslam Respublikası prezidenti və Nazirlər Kabinetinin üzvləri Fəcr Ongünlüyü ərəfəsində İran İslam Respublikasının banisinin pak məqbərəsində olaraq Həzrət İmam Xomeyninin (rə) amalları ilə əhd-peymanlarını təzələyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2016 06:59 Asia/Baku
  • Ruhani və Nazirlər Kabineti İmam Xomeyninin (rə) amalları ilə əhd-peymanları təzələdilər
    Ruhani və Nazirlər Kabineti İmam Xomeyninin (rə) amalları ilə əhd-peymanları təzələdilər

İran İslam Respublikası prezidenti və Nazirlər Kabinetinin üzvləri Fəcr Ongünlüyü ərəfəsində İran İslam Respublikasının banisinin pak məqbərəsində olaraq Həzrət İmam Xomeyninin (rə) amalları ilə əhd-peymanlarını təzələyiblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani və Nazirlər Kabinetinin üzvləri bazar günü İmam Xomeyninin (rə) pak məqbərəsinə daxil olarkən İran İslam Respublikasının banisinin məqbərəsinin məsələləri üzrə rəhbəri Höccətülislam vəlmüslimin Seyid Həsən Xomeyni tərəfindən qarşılanıb və onlar fatihə oxuyaraq və əklil qoyaraq İmam Xomeyninin (rə) xatirəsinin yad ediblər.

İran İslam Respublikası prezidenti və Nazirlər Kabinetinin üzvləri İmam Xomeyninin (rə) amalları ilə əhd-peymanları təzələdikdən sonra Dövlət, İslam İnqilabı və 8 illik Müqəddəs Müdafiə Dövrünün şəhidlərinin məzarlarını ziyarət edib və fatihə oxuyaraq onların xatirəsini yad ediblər.

İmam Xomeyni (rə) 1 fevral 1979-cu ildə 15 ildən sonra İrana daxil oldu. İrana gəliş 1979-cu il 11 fevralda İnqilabın qələbəsinə zəmin yaratdı.