Yan 31, 2016 10:59 Asia/Baku
  • AEBA yalnız sınaq keçirən qurumdur
    AEBA yalnız sınaq keçirən qurumdur

İran prezidentinin müavini və Atom Enerjisi Təşkilatının sədri ümidvarlıq edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yalnız sınaq keçirən qurum olaraq qalacaq ki, öz imicinə zərbə vurmasın.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Press TV-yə verdiyi müsahibədə İran və 5+1 qrupunun nüvə anlaşması barəsində deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı İran İslam Respublikası üçün yaxşı nailiyyətlər gətirdi.

Salehi əlavə edib: Beynəlxalq ictimaiyyət İranda uranın zənginləşdirilməsi fəaliyyətlərini rəsmən tanıdı və İran zənginləşdirmə fəaliyyəti BMT Təhlükəsizlik Şurası kimi bir qurum tərəfindən rəsmən tanınan bir neçə və istisnalı ölkələrdən biridir.

İranın Atom Enerjisi Təşkilatının sədri bildirib: İran Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsində zənginləşdirilmiş uranı satmaq fürsətini əldə edib və onun qarşılığında təbii uran və yaxud sarı tortu almaq imkanına nail olub.

İran prezidentinin müavini deyib: İran İslam Respublikası Əhatəli Müştərək Təşəbbüs Proqramının icra olunması ilə uranı zənginləşdirmək və satmaq imkanına malik olan ölkələr sırasına daxil olub. Həcminin az olmasına baxmayaraq, öz zənginləşdirdiyi uranı beynəlxalq ictimaiyyətə verə və onun qarşılığında sarı tort və yaxud pul ala bilər.

İranın Atom Enerjisi Təşkilatının sədri atom elektrik stansiyalarının tikilməsi barəsində ümidvarlıq edib ki, gələn günəş ilində yeni reaktorların istifadəyə verilməsi prosesi sürətlənəcək.

Teqlər