Fev 03, 2016 14:56 Asia/Baku
  • İran və Almaniya əməkdaşlığının genişlənməsi müsbət qarşılanıb
    İran və Almaniya əməkdaşlığının genişlənməsi müsbət qarşılanıb

İran İslam Şurası Məclisinin sədri İran və Almaniyanın əməkdaşlıqlarının genişlənməsindən razılıq edib.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, Əli Laricani bu gün Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerlə Tehranda görüşdə deyib: İran iş adamlarının Almaniya ilə qədim zamanlardan iqtisadi əlaqələri olmuşdur və hazırda bu sahədə əlavə anlaşmaların əldə olunması üçün qənimətli fürsət vardır.

İran İslam Şurası Məclisinin sədri sözlərinin davamında Yaxın Şərqdəki gərginliyin genişlənməsindən nigaranlıq edərək deyib: Regionda bəzi qeyri-münasib məsələlər vardır ki, həll olunmalıdır və təəssüflər olsun ki, regionun bəzi ölkələri düzgün strategiya yürütmür və qarşıdurmaların artması və terrorizmlə kömək etməyə səbəb olurlar.

Laricani səudiyyəlilərin hərbi strategiyasını tənqid edərək deyib: Belə strategiya heç vaxt uğur qazanmır. Necə ki, ABŞ İraq və Əfqanıstana hücumlarda uğur əldə etmədi.

Frank Valter Ştaynmayer də 3 ay ərzində iki dəfə İrana səfər edə bilməsindən razılıq edərək deyib: İrana səfər edən Almaniyanın iqtisadi heyətləri yaxşı nəticələr əldə edə bilmişlər.

Almaniya xarici işlər naziri region gərginlikləri barəsində də deyib: bu məsələ nigaranedicidir və regionda genişlənən gərginlik və böhran üçün həll yolu tapılmalıdır.

Teqlər