İran prezidenti inkişafın sürətləndirilməsi üçün bütün qrumların ahəngdar çalışmasını istədi
-
İran prezidenti inkişafın sürətləndirilməsi üçün bütün qrumların ahəngdar çalışmasını istədi
İran İslam Respublikası prezidenti ölkənin inkişaf prosesini sürətləndirmək məqsədi ilə bütün strukturların və güc mərkəzlərinin ahəngdar formada çalışmasını istəyib.
Prezident Həsən Ruhani Məşhəd şhərində eyni zamanda bir neçə abadlıq, sənaye və səhiyyə layihəsinin istifadəyə verilməsi mərasimində nüvə anlaşmasının rəsmən icra edilməsinə işarə edərək, deyib: Bu gün müxtəlif ölkələr o cümlədən özəl şirkətlər və xaricdə yaşayan iranlılar İranda fəaliyyət göstərmək istəyi ilə çıxış edirlər.
H.Ruhani İranın atmosferinin inkişafa doğru sürətlə hərəkət etmək üçün münasib şəraitə malik olduğunu deyərək, vurğulayıb: Bunun başlıca şərti birlik, həmrəylik, yekdillik, cihad, fədakarlıq, səhnədə iştirak və bütün birliklər arasında birlik olacaq.
İran prezidenti dəmir yolu şəbəkəsinin genişləndirilməsini dövlətin başlıca prioritetlərindən adlandırıb və deyib: Dəmir yolu şəbəkələrinin genişləndirilməsi ətraf mühitin qorunmasına, ruhi və psixoloji sakitliyə, daha ucuz nəqliyyatın təmin edilməsinə, yanacağa qənaətin edilməsinə, səfər müddətinin azalmasına, səfər ləzzətinin artmasına səbəb olacaq.
H.Ruhani Tehran-Qum-İsfahan və Tehran-Məşhəd sürətli qatar layihəsinin icra əməliyyatına başlanmasından xəbər verib və deyib: İranın bütün qatarları ölkənin bütün limanları və sərhəd nöqtələrinə qədər uzanmalıdır.
İran prezidenti daha sonra deyib: İran İslam Respublikası dəmir yolu şəbəkəsi gələcəkdə Azərbaycan Respublikası və İraqın dəmir yolu şəbəkələri ilə birləşdiriləcək və İranın dəmiryolu şəbəkəsinin Bəsrə şəhərinə birləşdirilməsi ilə, İmam Hüseyn(ə) zəvvarlarının gələn il Ərbəin mərasimində iştirak üçün bu şəhərə qatar ilə səfər etmələrinə şərait yaranmış olacaq.
İran prezidenti Həsən Ruhani bir neçə abadlıq layihəsinin icra əməliyyatına start verilməsi mərasimində iştirak etmək üçün Məşhəd şəhərinə səfər edib.