İranın hava monitorinqi 500 nöqtədən 3700 nöqtəyə çatıb
-
İranın hava monitorinqi 500 nöqtədən 3700 nöqtəyə çatıb
İran İslam Respublikasının Xatəmulənbiya(s.ə.s.) Hava Hücumundan Müdafiə Qərargahının komandanı deyib ki, İran səmasının hava monitorinqi 500 nöqtədən 3700 nöqtəyə çatıb.
IRIB-nin məlumatına görə, general-mayor Fərzad Esmaili İranın xəbər telekanalı ilə müsahibədə hazırda İran İslam Respublikasına qarşı hədələrin artdığını qeyd edərək, vurğulayıb ki, İran səmasının hava monitorinqi hətta bir an belə istirahət etmir və ya sönmür.
General-mayor Esmaili deyib: Hərçənd İran İslam Respublikasının öz qonşu ölkələrilə problemi yoxdur, lakin regiondan kənar qüvvələrin iştirakı region ölkələrinin təhlükəsizliklərinin xətərə düşməsinə bais olubdur.
Xatəmulənbiya(s.ə.s.) Hava Hücumundan Müdafiə Qərargahının komandanı hava hücumundan müdafiə nöqtələri haqda deyib: Müqəddəs müdafiə dövründə ölkədə 400-500 hava hücumundan müdafiə nöqtəsi mövcud idi ki, bu gün 3700 nöqtəyədək genişlənib və 1404-cü il üfüqündə beş min nöqtəyə çatacağıq ki, vahid bir təhlükəsizlik bərqərar olmuş olsun.